Rusiyanın xarici dövlət borcu artıb

   Rusiyanın xarici dövlət borcu artıb
  25 Yanvar 2024    Oxunub:1222
2023-cü ilin oktyabr-dekabr aylarında Rusiyanın xarici dövlət borcu 2022-ci ilin ikinci rübündən bəri ilk dəfə artıb.
2023-cü ilin son üç ayında Rusiya Federasiyasının xarici dövlər borcu 1,3% və ya 4,3 milyard dollar artıb. Nəticədə bu rəqəm 326,6 milyard dollara çatıb.

Eyni zamanda bütün komponentlər üzrə artım qeydə alınıb: xarici dövlət borcu 32,7 milyard dollar (+2,9%), iqtisadiyyatın real sektorunun qeyri-rezidentlər qarşısında öhdəlikləri 199,4 milyard dollar (+1,4%), xarici borc bank sektoru üzrə - 94,4 milyard dollar (+0,7%).

Rusiyanın xarici borcunun artmasına əsas təsir valyutanın yenidən qiymətləndirilməsi olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti