UEFA “Qarabağ"a 1,5 milyon avro ödədi

UEFA “Qarabağ"a 1,5 milyon avro ödədi
  23 Yanvar 2024    Oxunub:800
UEFA "Qarabağ" klubuna 1 milyon 516 min avro ödəniş edib.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd olunan bu məbləğ "Qarabağ"ın 2023/2024 mövsümünda Avropa Liqasının qrup mərhələsində keçirdiyi son iki oyundakı nəticələr (bir qələbə, bir heç-heçə) və turnirin pley-off mərhələsinə vəsiqə qazanması, həmçinin performans bonusu ilə əlaqədar ödənilib.

Ağdam təmsilçisi qələbəyə görə 630 min avro, bərabərlik üçün 210 min avro alıb. Pley-off mərhələsinə yüksəldiyinə görə "Qarabağ" 550 min avro, performans bonusu olaraq isə 126 min avro gəlir əldə edib.
AzVision.az



Teqlər:





Xəbər lenti