"Neftçi" yeni hücumçusunu açıqladı

"Neftçi" yeni hücumçusunu açıqladı
  21 Yanvar 2024    Oxunub:1226
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
AzVision.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi Brayan Morenonu heyətinə qatıb. Kolumbiyalı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu "Neftçi"nin heyətində 88 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Neftçi" bu mövsüm Alfa Konteni də sıralarına qatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti