“Xarı Bülbül” voleybol klubu fəaliyyətini dayandırdı

   “Xarı Bülbül” voleybol klubu fəaliyyətini dayandırdı
  21 Yanvar 2024    Oxunub:1191
Şuşanı təmsil edən “Xarı Bülbül” voleybol klubu fəaliyyətini tamamilə dayandırıb.
Bu barədə klubun baş məşqçisi Ziya Rəcəbov məlumat yayıb.

Təcrübəli çalışdırıcı bir daha baş məşqçi kimi Azərbaycanda meydana çıxmayacağını deyib:

"Əlvida gözəl komandam, əlvida uşaqlar, əlvida Şuşa, əlvida Laçın. Çox təəssüf. Azərbaycanda bir daha meydana çıxmayacağam".

AzVision.az



Teqlər:





Xəbər lenti