"Roma" Mourinyosuz ilk oyununda qalib gəlib

"Roma" Mourinyosuz ilk oyununda qalib gəlib
  20 Yanvar 2024    Oxunub:1562
İtaliya A Seriyasının 20-ci turunda "Roma" və "Verona" komandaları qarşılaşıb. Romadakı "Olimpiko" stadionundakı matç ev sahiblərinin qələbəsilə yekunlaşıb - 2:1.
İlk hissənin 19-cu dəqiqəsində Romelu Lukaku matçda hesabı açaraq "Roma"nı önə keçirib. 25-ci dəqiqədə Lorenzo Pelleqrini görüşdə meydan sahiblərinin üstünlüyünü artırıb. 76-cı dəqiqədə Mixael Folorunşo fərqi birə endirib. Bundan daha artığına qonaqların gücü çatmayıb.

Matçın nəticəsindən sonra "Roma" 32 xal toplayaraq A Seriyasında 8-ci pilləyə yüksəlib. "Verona" isə 17 xalla 18-ci yerdədir.

Qeyd edək ki, bu, Joze Mourinyonun komandanın baş məşqçi postundan qovulmasından sonra romalıların ilk oyunu olub.

AzVision.az


Teqlər: futbol   oyun   Roma  





Xəbər lenti