Suriyada ölən SEPAH üzvlərinin sayı 5-ə çatıb - YENİLƏNİB

 Suriyada ölən SEPAH üzvlərinin sayı 5-ə çatıb -  YENİLƏNİB
  20 Yanvar 2024    Oxunub:1796
İsrailin Suriyaya endirdiyi zərbə nəticəsində ölən SEPAH üzvlərinin sayı 5-ə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti Məhəmməd Əmin Səmədi Dəməşq hücumunda aldığı yaralardan ölüb.

Bununla da Suriyanın Dəməşq şəhərində ölən SEPAH üzvlərinin sayı 5-ə çatıb.

* * *

İslam İnqilabı Keşikçiləri Korpusunun dörd hərbi müşaviri İsrailin Suriyanın paytaxtına hava hücumu nəticəsində həlak olub. Bu barədə SEPAH-ın bəyanatında deyilir.

"Tasnim" agentliyinin məlumatına görə, bir neçə suriyalı mülki şəxs də Dəməşqin Mezze bölgəsində İsrail hava hücumunun qurbanı olub.

“Şərq” qəzetinin məlumatına görə, İran hərbi birləşməsinin ölən zabitləri arasında SEPAH-ın Əl-Qüds xüsusi təyinatlılarının kəşfiyyat rəhbərinin müavini, general Sadiq Omidzadə də var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Suriya   zərbə  





Xəbər lenti