ABŞ və Britaniya husilərə qarşı hərbi kampaniyanı gücləndirir

ABŞ və Britaniya husilərə qarşı hərbi kampaniyanı gücləndirir
  20 Yanvar 2024    Oxunub:1083
ABŞ və Böyük Britaniya Yəməndə husilərə qarşı hərbi kampaniyanı gücləndirmək variantlarını araşdırır
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazır. Mənbənin sözlərinə görə, tərəflər regionda genişmiqyaslı müharibəyə səbəb olmaq istəmirlər.

Qeyd olunur ki, husilərə qarşı hərbi kampaniyanın intensivləşdirilməsində İranın husilərə təchizatlarının hədəflənməsinə, eləcə də “daha ​​aqressiv qabaqlayıcı zərbələrə” diqqət yetirilir.

Agentlik yazır ki, təkliflər qlobal ticarətin təxminən 12%-ni təşkil edən Qırmızı dənizdəki xaosa son qoymaq üçün müttəfiqlərin səylərini artıra bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti