Sivasda zəlzələ olub

Sivasda zəlzələ olub
  20 Yanvar 2024    Oxunub:915
Türkiyənin Sivas şəhərinin Gürün rayonunda 4,4 maqnitudalı zəlzələ olub.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) verilənlərindən məlum olub.

Qurumun verilənlərinə görə, təbiət hadisəsi yerli vaxtla 01:27 (Bakı vaxtı ilə 02:27-də) qeydə alınıb. Bildirilib ki, yeraltı təkanların ocağı 5,33 km dərinlikdə yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat verilməyib.

Xatırladaq ki, yanvarın 19-da Azərbaycanda 5 maqnitudalı zəlzələ qeydə alınmışdı.
AzVision.az



Teqlər:





Xəbər lenti