Günün oyunları, qrupdan kim çıxacaq?

Günün oyunları, qrupdan kim çıxacaq?
  23 İyun 2014    Oxunub:1098
Dünya çempionatında qrup oyunları sona çatmaqdadır.
AzVision.az xəbər verir ki, A və B qruplarında yığmalar sonuncu, ııı oyununa çıxacaq.

A qrupunda Braziliya- Kamerun və Xorvatiya-Meksika oyunları baş tutacaq. Braziliya 1/8 finalı hələ ötən oyundan təmin edib. Amma qrup liderliyini ələ keçirmək üçün meydan sahibləri bu oyunda çox çalışmalı olacaq. Xorvatiya və Meksika komandalarının növbəti mərhələyə keçmək şansı qalır. Bu iki komandadan yalnız biri oyunun nətricəsindən aslı olaraq növbəti tura yüksələcək. Bunun üçün Meksikaya bərabərlik də sərf edir. Son oyun olduğundan qrupun hər iki oyunu Bakı vaxtı ilə saat 01:00-da keçiriləcək.

B qrupunda isə Avstraliya-İspaniya, Hollandiya-Çili oyunları keçiriləcək. Birinci cütün oyunlarının nəticəsi növbəti mərhələ baxımdan heç nəyi həll etmir. Çünki hər iki komanda ötən oyunlarda 1/8 finala çıxmaq şansını itirib. Hollandiya və Çili yığmalarını isə oyunun nəticəsindən aslı olmayaraq 1/8 finalda görəcəyik. Hər iki oyun saat 21:00-da başlayacaq.

Emin



Teqlər:  





Xəbər lenti