"Kiçik oğlum bütün günü internetdədir" - Lukaşenko şikayətləndi

   "Kiçik oğlum bütün günü internetdədir" -  Lukaşenko şikayətləndi
  19 Yanvar 2024    Oxunub:1452
Belarus prezidenti Aleksandr Lukaşenko həmvətənlərinə övladlarını zəhmətə alışdırmağı, onları işə cəlb etməyi, internetdə daha az vaxt keçirmələrini və bununla da onları qlobal şəbəkənin mənfi təsirindən qorumağı tövsiyə edib.
Bu barədə Belarus lideri Minsk vilayətinin Borisov rayonuna işgüzar səfəri zamanı Belji zavodunun işçilərinin Lukaşenkodan uşaqları internetin mənfi təsirindən necə qorumaq barədə sualına cavab verərkən danışıb. O deyib ki, onun kiçik oğlu da internetdə çox vaxt keçirir.

"Kiçik oğlum həmişə oradadır. Amma onun çoxlu üstünlükləri var. Oğlum mənə bütün məlumatları çatdırır. O deyir: "Ata, bax, xalq yazır".

Dövlət başçısı deyib ki, uşaqları işlə, zəhmətlə yükləmək lazımdır ki, internetdə gəzməyə daha az vaxt qalsın.

“Uşaq həyata elə qarışmalıdır ki, buna vaxtı olmasın. Heç bir halda uşaqlarınızı ərköyün etməyin, onları məşğul edin. Biz uşaqlarımızı işə cəlb etməliyik”, - Lukaşenko bildirib.

Bundan əlavə, prezident əmindir ki, uşaqlar çətinliklərdən süni şəkildə qorunmamalıdır, çünki onları aradan qaldırmaqla onlarda xarakter formalaşır və həyatın necəliyini dərk edirlər: "Bizim onları çətinliklərdən uzaqlaşdırmağımız və qorumağımız lazım deyil. Qoy onlar çətinlikləri hiss etsinlər", - o, tövsiyə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti