Peskov: "Taxıl müqaviləsinin bərpası ilə bağlı müzakirə aparılmır"

      Peskov:    "Taxıl müqaviləsinin bərpası ilə bağlı müzakirə aparılmır"
  19 Yanvar 2024    Oxunub:1222
"Taxıl müqaviləsinin bərpası ilə bağlı heç bir müzakirə aparılmır".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, bu danışıqları davam etdirmək üçün heç bir əsas yoxdur.

Peskov xatırladıb ki, sövdələşmə Rusiyaya aid olan hissədə heç vaxt tamamlanmayıb.

"Sazişi həyata keçirmək üçün heç bir perspektiv yoxdur, biz onları görmürük", Kreml nümayəndəsi əlavə edib.

"Digər yollara gəlincə, onlar təhlükəlidir, risklərlə doludur. Bu, daha çox sığorta şirkətləri, daşımanı həyata keçirən kommersiya gəmi sahibləri üçün mövzudur. Əlbəttə, orada hamı bilməlidir ki, maksimum risklə işləyirlər”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti