Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə yarış keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə yarış keçirilib
  18 Yanvar 2024    Oxunub:1444
Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi ilə əlaqədar olaraq stolüstü tennis idman növü üzrə Sədərək rayon açıq birinciliyi keçirilib.
Sədərək kənd 1 nömrəli tam orta məktəbin idman zalında Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi ilə əlaqədar olaraq stolüstü tennis idman növü üzrə Sədərək rayon açıq birinciliyi keçirilib.

Sədərək Rayon Təhsil Şöbəsinin, Uşaq Gənclər İdman məktəbinin birgə təşəbbüsü ilə Şərur, Kəngərli və Sədərək rayon Uşaq Gənclər İdman məktəblərinin stolüstü tennis komandaları arasında Sədərək rayon açıq birinciliyi keçirilmişdir.
Keçirilən açıq birinciliyinin məqsədi qədim Naxçıvan diyarının 100 illik yubileyinin qeyd edilməsi, Stolüstü tennis idman növünün inkişaf etdirilməsi və prespektivli idmançıların aşkar edilməsindən ibarət olmuşdur.


Açıq birincilikdə 3 komanda iştirak edib və hər komanda üzrə 4 qız, 4 oğlan olmaqla ümumilikdə 24 idmançı şagird iştirak edib.

Yekun nəticələrə əsasən Sədərək rayon Uşaq Gənclər İdman məktəbinin komandası 1-ci, Şərur rayon Uşaq Gənclər İdman məktəbinin komandası 2-ci, Kəngərli rayon Uşaq Gənclər İdman məktəbinin komandası isə 3-cü yerin qalibi olmuşlar. Qaliblər təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırılmışlar.

AzVision.az



Teqlər:





Xəbər lenti