“SİMA İmza”dan istifadə edənlərin sayı 850 mini ötüb

“SİMA İmza”dan istifadə edənlərin sayı 850 mini ötüb
  18 Yanvar 2024    Oxunub:1357
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən 2022-ci ildə yaradılmış “SİMA İmza” tətbiqi hazırda 850 000-dən çox istifadəçi sayına çatıb.
Nazirlikdən AzVision.az -a bildirilib ki, “SİMA İmza” tətbiqi 1000-dən çox elektron xidmətə əlçatanlıqla yanaşı 80-dən çox portala giriş imkanı təmin edir.

“SİMA İmza”nın 35-dən çox qurumla inteqrasiyası yekunlaşıb, 100-dən çox qurumla inteqrasiyalar davam etdirilir.

Qeyd edək ki, “SİMA İmza” Azərbaycan vətəndaşları üçün tamamilə ödənişsizdir.

AzVision.az


Teqlər:





Xəbər lenti