Beş karqo şirkətinin işində qanunsuzluqlar aşkarlandı

 Beş karqo şirkətinin işində qanunsuzluqlar aşkarlandı
  18 Yanvar 2024    Oxunub:872
Daxil olmuș vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuș sübutlara əsasən 38 hüquqi və 15 fiziki şəxs barəsində ümumilikdə 83 inzibati xəta haqqında protokol tərtib edilib.
AzVision.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, tətbiq olunan protokolların sayı 2022-ci illə müqayisədə 6 dəfəyədək artıb.

"Əsasən istehlakçılar onların aldadılması, hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil etməməsi ilə bağlı müraciət edib. Həmçinin hesabat dövründə xarici ölkələrdən çatdırılma xidmətini həyata keçirən 5, təhsil xidməti göstərən 2, MTK-larla bağlı 3 şirkət, həmçinin təmir-
tikinti xidmətləri göstərən 1, sosial şəbəkə vasitəsilə məişət texnikası satışını həyata keçirən 1 fiziki şəxs tərəfindən yol verilən qanunsuzluqlar barədə istehlakçıların müraciətlərinə baxılıb.

Müraciətlərin araşdırılması zamanı 300 manatdan çox aldadılma, həmçinin dələduzluq əlamətləri ilə bağlı ilkin dəlillər aşkar olunduğundan qeyd olunan şirkətlərin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar prokurorluq orqanlarına təqdim edilib".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti