"Sabah" klubunun şikayəti təmin edilməyib

"Sabah" klubunun şikayəti təmin edilməyib
  17 Yanvar 2024    Oxunub:925
AFFA "Sabah" klubunun şikayətini təmin etməyib.
AzVision.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi AFFA İntizam Komitəsinin (İK) Gənclər Liqasında "Araz-Naxçıvan"la oyundakı qərarından narazı qalıb.

İK matçın 15-ci dəqiqəsində təhlükəsizlik nümayəndəsi olmadığı üçün görüş dayandığına görə Naxçıvan təmsilçisinə xəbərdarlıq edib və qarşılaşmanın dayandırıldığı vaxtdan (1:1 hesabı saxlanılmaqla) yenidən təşkilini məqsədəuyğun sayıb.

"Sabah"ın isə bu qərarla bağlı apellyasiya şikayəti təmin olunmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti