Zaxarova:"İraq və Suriyadakı hadisələri diqqətlə izləyirik"

 Zaxarova:"İraq və Suriyadakı hadisələri diqqətlə izləyirik"
  17 Yanvar 2024    Oxunub:1060
Rusiya İraq və Suriyadakı vəziyyəti diqqətlə izləyir. Oradakı əməliyyatlar bu ölkələrin hökumətləri ilə əlaqələndirilməlidir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O əlavə edib ki, başqa dövlətlərin ərazisində hər hansı əks-terror əməliyyatlarının keçirilməsinə yalnız bu ölkələrin, yəni Rusiyaya dost olan Suriya və İraqın hökumətləri ilə razılaşdırılmaqla icazə verilir.

Xatırladaq ki, İran bundan əvvəl İraq və Suriyadakı hədəflərə hücum edib. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bildirdiyinə görə, zərbələr ABŞ-ın Ərbil şəhərindəki konsulluğu və hərbi bazası yaxınlığında yerləşən Mossad-a məxsus casus obyektlərinə endirilib.

İslam Dövləti yaraqlılarının Suriyadakı mövqeləri də hücuma məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu zərbələrin İranda son terror hücumlarına cavab olaraq həyata keçirildiyini vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti