Abdullahiyan Pakistanın müvəqqəti baş naziri ilə görüşüb

 Abdullahiyan Pakistanın müvəqqəti baş naziri ilə görüşüb
  17 Yanvar 2024    Oxunub:902
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Davosda keçirilən iqtisadi forum çərçivəsində Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar ilə görüşüb.
Bu barədə İran XİN-in telegram kanalında məlumat verilib. XİN-dən bildirilib ki, nazir prezidentin salamlarını Pakistanın baş nazirinə çatdırıb və iki ölkə arasındakı əlaqələri dərin və tarixi adlandırıb. O, həmçinin Tehranın onları mümkün qədər genişləndirməyə hazır olduğunu açıqlayıb.
İran Pakistanı ballistik raketlə vurdu


Eyni zamanda, Xarici İşlər Nazirliyi həmsöhbətlərin İranın Pakistana hücumunu müzakirə edib-etmədiyini açıqlamayıb. XİN rəhbəri həmçinin bildirib ki, əməkdaşlıq iqtisadiyyat, ticarət və enerji də daxil olmaqla müxtəlif sahələri əhatə etməlidir. O, xüsusilə Əfqanıstanla sərhəddə yerləşən ərazilərdə sərhəd təhlükəsizliyinin və narkotiklərlə mübarizənin təkmilləşdirilməsinin zəruriliyini xatırladıb.

Xatırladaq ki, ötən gün İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş-i-Zəlum” terror qruplaşmasının Pakistandakı qərargahına ilk dəfə olaraq ballistik raket atıb. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Hücumun hədəfləri Pakistanın Bəlucistan əyalətinin Ko Sabz rayonunda olub. Burada terrorçuların iki ən böyük qərargahı yerləşib. Onlar raketlər və pilotsuz təyyarələr tərəfindən uğurla məhv edilib", - məlumatda deyilir.

İranın müvəqqəti işlər vəkili Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona bu hücumun nəticələrinə görə məsuliyyətin yalnız İranın üzərinə düşəcəyi bildirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti