FIDE Nicat Abasovu 2023-cü ilə damğa vuran şahmatçı elan edib

FIDE Nicat Abasovu 2023-cü ilə damğa vuran şahmatçı elan edib
  16 Yanvar 2024    Oxunub:1110
Beynəlxalq Şahmat Federasiyası (FIDE) ötən ilin ən yaddaqalan şahmatçılarını elan edib.
2023-cü ilə damğasını vuranlar arasında azərbaycanlı qrosmeyster Nicat Abasov da olub.

Bildirilib ki, Dünya çempionatında həmyerlimiz yarımfinaladək yüksəlib və yalnız burada Maqnus Karlsenə uduzub. O, üçüncü yer uğrunda görüşdə Fabiano Karuana da qalib gələ bilməyib.

Lakin Karlsenin İddiaçılar Turnirində iştirakdan imtinası Abasova öz möhtəşəm performansını bir daha göstərmək şansı yaradıb.
AzVision.az



Teqlər:





Xəbər lenti