AZAL-ın Gürcüstan bazarındakı payı açıqlanıb

AZAL-ın Gürcüstan bazarındakı payı açıqlanıb
  16 Yanvar 2024    Oxunub:1100
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2023-cü ildə Gürcüstan bazarında sərnişin axınına görə ilk beş şirkətə daxil olub.
“News Georgia” nəşrinin yaydığı məlumata görə, hesabat dövründə Azərbaycan aviaşirkəti 324 044 sərnişin daşıyıb.

Bazarda mütləq lider Macarıstanın “Wizz Air” şirkətidir, onun ardınca “Türk Hava Yolları” əhəmiyyətli fərqlə ikinci, Türkiyənin aşağı büdcəli “Pegasus” aviaşirkəti isə ilk üçlüyü qapayır.

Gürcüstanda fəaliyyət göstərən ilk on aviaşirkət / 2023-cü ildə bazar payı və daşınan sərnişinlərin sayı:

Wizz Air (Macarıstan) – 21% (1.270.737 sərnişin);

Türk Hava Yolları – 11% (627 078 sərnişin);

Pegasus (Türkiyə) – 7% (423 655 sərnişin);

Georgian Airways – 5% (326 873 sərnişin);

AZAL – 5% (324 044 sərnişin);

Fly Dubai (BƏƏ) – 4% (218 433 sərnişin);

El Al Israil – 3% (202,469 sərnişin);

Belavia (Belarus) – 3% (184 117 sərnişin);

Israir (İsrail) – 3% (182 941 sərnişin);

Air Arabia (BƏƏ) – 3% (155 303 sərnişin).
AzVision.az



Teqlər:





Xəbər lenti