İran Pakistanı ballistik raketlə vurdu

   İran Pakistanı ballistik raketlə vurdu
  16 Yanvar 2024    Oxunub:1831
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş-i-Zəlum” terror qruplaşmasının Pakistandakı qərargahına ilk dəfə olaraq ballistik raket atıb.
AzVision.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

İran İŞİD-in mövqelərini vurdu
"Hücumun hədəfləri Pakistanın Bəlucistan əyalətinin Ko Sabz rayonunda olub. Burada terrorçuların iki ən böyük qərargahı yerləşib. Onlar raketlər və pilotsuz təyyarələr tərəfindən uğurla məhv edilib", - məlumatda deyilir.

Pakistan ərazisinə zərbə bu ölkənin hakimiyyət orqanları ilə razılaşdırılaraq birgə əməliyyat çərçivəsində həyata keçirilib. Əsas hədəf isə "Ceyş əl-Adl" olub.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu bu gün Suriyaya da silsilə zərbələr endirib. Hədəf İŞİD-in mövqeləri olub.

Qeyd edək ki, "Ceyş əl-Adl" 2012-ci ildən fəaliyyət göstərir. Onlar sələfi hərəkatına sadiqliyi ilə seçilirlər və Pakistan ərazisinə məskunlaşmaqla İranın hazırkı hökumətinə qarşı mübarizə aparırlar.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Pakistan   Raket  





Xəbər lenti