Azərbaycanlı jurnalist “Emmi” mərasimində - Fotolar

Azərbaycanlı jurnalist “Emmi” mərasimində -    Fotolar
  16 Yanvar 2024    Oxunub:1679
Yanvarın 15-də Los-Angelesdə Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının ənənəvi “Emmi” mükafatlarının 75-ci təqdimat mərasimi keçirilib.

27 nominasiya üzrə mükafatlar televiziya serialları və verilişlərinin heyətlərinə təqdim edilib. “Müvəffəqiyyət” (“Success”) serialı nominasiya etibarı ilə ən çox “Emmy” heykəlciyinə layiq görülüb.


Təqdimat mərasiminin tərkib hissəsi olan “Emmi Viewing Party”də (Emmi Baxış Gecəsi) Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Kamran Qasımov da iştirak edib, Akademiyanın digər üzvlərilə fikir mübadiləsi aparıb.


Kamran Qasımov həmçinin Amerika Televiziya Akademiyası Fondunun hazırda gənclər üçün yay təcrübə proqramına iştirakçıların seçilməsi üzrə komissiyasının üzvü kimi fəaliyyət göstərir.


Səfər “Azman Holdinq” tərəfindən maliyyələşdirilib.






Teqlər: Emmy  





Xəbər lenti