Yanğın baş verən sexdə axtarışlar davam edir

 Yanğın baş verən sexdə axtarışlar davam edir
  15 Yanvar 2024    Oxunub:989
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
FHN-dən AzVision.az -a bildirilib ki, hazırda dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq, axtarış-xilasetmə əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti