Partlayışa görə iki marşrutun hərəkəti dəyişdirilib

Partlayışa görə iki marşrutun hərəkəti dəyişdirilib
  15 Yanvar 2024    Oxunub:1050
Bakıda sərnişindaşımanı həyata keçirən 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, dəyişikliyə səbəb paytaxtın Binəqədi rayonunda partlayışın baş verməsidir. Nəticədə Abay Kunanbayev küçəsindən keçən sözügedən marşrut xətləri üzrə avtobusların hərəkəti Süleyman Sani Axundov küçəsindən təşkil edilib.

Xatırladaq ki, bu gün A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayış və ardınca yanğın nəticəsində üç nəfər həlak olub, 24 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti