ABŞ və Britaniya husilərin mövqelərinə yeni hücumlar edib

   ABŞ və Britaniya  husilərin mövqelərinə yeni hücumlar edib
  14 Yanvar 2024    Oxunub:1230
ABŞ və Böyük Britaniya Yəməndəki husilərin mövqelərinə yeni hava zərbələri endirib.
Bu barədə RİA Novosti-yə yerli hərbi mənbə bildirib.

“Amerika və Britaniya döyüş təyyarələri Qırmızı dənizin sahilindəki Hudeyda əyalətinin şimalındakı Əl-Luhiyyə bölgəsində "Ənsar Allah" qrupunun hədəflərinə hücum edir”, - agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, yanvarın 12-də ABŞ və Böyük Britaniya Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatının Yəmənin müxtəlif bölgələrində, o cümlədən paytaxt Səna və Hudeyda, Taiz, Həccə və Səada əyalətlərindəki hədəflərinə 73 zərbə endirilib.

ABŞ prezidenti Co Bayden zərbələri naviqasiya azadlığına olan təhlükəyə cavab adlandıraraq, tərəddüd etmədən hərəkətə davam edəcəyinə söz verib.

Husilər Amerika və İngiltərə hərbi bazalarına və obyektlərinə cavab zərbələri endirdiklərini, həmçinin raket hücumu nəticəsində Qırmızı dənizdə ABŞ hərbi gəmisini batırmağa müvəffəq olduqlarını iddia ediblər.

Şənbə günü səhər ABŞ və Britaniya aviasiyası Yəmənin paytaxtı Səna hava limanı yaxınlığındakı Əd-Dleymi hərbi bazasına yeni zərbələr endirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti