Süveyş kanalının gəlirləri 11 günündə 40% azalıb

   Süveyş kanalının gəlirləri 11 günündə 40% azalıb
  15 Yanvar 2024    Oxunub:1194
Aralıq dənizi ilə Qırmızı dənizləri birləşdirən Süveyş kanalından əldə olunan gəlirlər bu ilin ilk 11 günündə illik müqayisədə 40% azalıb.
Bunu kanal idarəsinin rəhbəri Usamə Rabia bildirib. Onun sözlərinə görə, buna pis hava şəraiti səbəb olub. O, dəqiqləşdirib ki, qeyd olunan dövrdə kanalla tranzit daşıma 30% azalıb, oradan keçən gəmilərin sayı isə 544-ə düşüb. Rabia bildirib ki, yükdaşıma müddətləri ən azı iki həftə artıb, malların çatdırılması və sığorta xərcləri də yüksəlib.

Qeyd edək ki, 2023-cü ilin sonunda Yəmənin “Ənsar Allah” hərəkatının Qırmızı dənizdəki gəmilərə hücumları nəticəsində Süveyş kanalı ilə yük daşımaları 28% azalıb.


AzVision.az


Teqlər:





Xəbər lenti