"Neftçi" Antalyada məğlub olub

"Neftçi" Antalyada məğlub olub
  13 Yanvar 2024    Oxunub:1274
Mövsümün ikinci hissəsinə Türkiyənin Antalya şəhərində hazırlaşan “Neftçi” növbəti yoxlama oyununu keçirib.
AzVision.az "Trend"ə istinadən xəbər verir ki, “ağ-qaralar” Almaniyanın III Liqa təmsilçisi “Valdhof”la qarşılaşıb.

Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Neftçi” Antalyadakı ilk oyununda da Türkiyənin “Ərzurumspor” klubuna 1:3 hesabı ilə məğlub olub.

AzVision.az


Teqlər:





Xəbər lenti