Ərindən boşanan Natali Portman Fransaya köçdü

   Ərindən boşanan Natali Portman Fransaya köçdü
  12 Yanvar 2024    Oxunub:1991
Aktrisa Natali Portman Benjamin Millepieddən boşanma xəbərlərinin yayılması fonunda uşaqları ilə birlikdə başqa ölkəyə köçdüyünü açıqlayıb.
O, bu barədə WSJ-yə müsahibəsində danışıb. Daily Mail isə onun boşanma planları ilə bağlı şayiələri təsdiqləyib. Jurnalistlərlə söhbətində aktrisa bildirib ki, hazırda iki uşağı ilə Parisdə yaşayır. Bu yaxınlarda o, "Qızıl Qlobus" mükafatlandırma mərasimində iştirak etmək üçün ABŞ-a gedib. O, qırmızı xalçaya nişan üzüyü olmadan çıxıb.

Natali Portmanın xəyanətindən sonra münasibətlərini yaxşılaşdırmaq cəhdlərinə baxmayaraq, Benjamin Millepieddən boşanmaq üçün ərizə verməyə hazırlaşdığını bildirilir. O, övladlarına boşanma haqqında danışmağın ən yaxşı yolunu tapmağa və bütün sənədləri hazırlamağa çalışır.

“Natalinin özünə gəlmək üçün vaxta ehtiyacı var idi və ətrafındakılar onun nə qədər güclü qadın olduğunu və qadınların səlahiyyətlərinin artırılması da daxil olmaqla, öz işinə nə qədər sadiq olduğunu bilirlər”, - deyə Daily Mail yazır.

2009-cu ildə Natali Portman "Qara qu quşu" filminin çəkilişləri zamanı fransız xoreoqraf Benjamin Millepied ilə tanış olub. 2011-ci ildə cütlüyün Aleph Millepied-Portman adlı oğlu ünyaya gəlib. 2012-ci ilin yayında Natali və Benjamin evləniblər. 2017-ci ildə aktrisa və rəqqasənin Amalia Millepied-Portman adlı qızı doğulub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti