"Sumqayıt"ın yeni stadionundakı ilk oyununun vaxtı açıqlandı

"Sumqayıt"ın yeni stadionundakı ilk oyununun vaxtı açıqlandı
  12 Yanvar 2024    Oxunub:1354
"Sumqayıt"ın Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra keçirəcəyi ilk oyun bəlli olub.
AzVision.az xəbər verir ki, komanda Misli Premyer Liqasının 21-ci turunda "Neftçi"ni bu arenada qəbul edəcək. Bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Fevralın 4-də keçiriləcək qarşılaşma saat 15:00-da start götürəcək.

3 fevral (şənbə)

“Səbail” – “Qarabağ”
“ASCO Arena”, 15:00

“Sabah” – “Turan Tovuz”
“Bank Respublika Arena”, 17:30

4 fevral (bazar)

“Sumqayıt” – “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00

“Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu, 17:30

5 fevral (bazar ertəsi)

“Kəpəz” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu, 15:00
AzVision.az


Teqlər:





Xəbər lenti