ABŞ sanksiyaları kənara qoydu: Yenidən Rusiya neftinə qayıtdı

   ABŞ sanksiyaları kənara qoydu:    Yenidən Rusiya neftinə qayıtdı
  12 Yanvar 2024    Oxunub:1356
Vaşinqton 2022-ci ilin martında sanksiyaların yeni mərhələsi çərçivəsində Rusiyadan neft və digər enerji idxalına qadağa qoyub. ABŞ şirkətləri Rusiya neftinin sonuncu partiyasını həmin ilin aprelində alıblar. Amma ötən ilin oktyabrında ABŞ daxili istehlak üçün Rusiyadan 2,7 milyon dollar dəyərində 36,8 min barel neft alıb. Növbəti ay ölkə 750 min dollara daha 9900 barel əldə edib.
"Sputnik"in ABŞ gömrük məlumatlarından istifadə edərək hesablamasına görə, Rusiya neftinin bir barelinin qiyməti oktyabrda 74 ABŞ dolları, noyabrda isə 76 ABŞ dolları təşkil edib. Bu da Vaşinqton və onun müttəfiqlərinin müəyyən etdiyi tavan qiymət səviyyəsindən xeyli yüksək olub.

Qeyd edək ki, 2022-ci ilin dekabrında G-7, Avstraliya və Avropa İttifaqı Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına cavab olaraq dənizdən daşınan Rusiya xam neftinin barrelinə 60 dollarlıq qiymət tavanı tətbiq etmişdi. Rusiya isə cavab olaraq qiymət tavanını dəstəkləyən ölkələrə neft satışını qadağan edib.

AzVision.az



Teqlər:





Xəbər lenti