Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 13,3 faiz artıb

   Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 13,3 faiz artıb
  11 Yanvar 2024    Oxunub:1188
2023-cü ildə Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5,2 milyard manatdan çox olub.
AzVision.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,1 % artaraq 3,3 milyard manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 14,2 % artaraq 183 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,1 % artaraq 134,2 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 14,2 % artaraq 938,8 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,3 % artaraq 655,5 milyon manat olub.

AzVision.az


Teqlər:





Xəbər lenti