Baba Vəziroğlu “Şərəf” ordeni ilə təltif edilib

   Baba Vəziroğlu “Şərəf” ordeni ilə təltif edilib
  11 Yanvar 2024    Oxunub:1657
Azərbaycan Prezidenti İlham Əliyev şair Baba Vəziroğlunun "Şərəf" ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
AzVision.az -ın verdiyi xəbərə əsasən, dövlət başçısının imzaladığı sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şərəf” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, yanvarın 10-da Baba Vəziroğlunun 70 yaşı tamam olub.

AzVision.az



Teqlər:





Xəbər lenti