SSRİ xalq artisti Solomin vəfat edib

SSRİ xalq artisti Solomin vəfat edib
  11 Yanvar 2024    Oxunub:1417
Məşhur aktyor, SSRİ xalq artisti Yuri Solomin vəfat edib.
Bu barədə RT sənətçinin nəvəsinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Solomin yuxuda olarkən keçinib.

Xatırladaq ki, 88 yaşlı aktyor ötən ilin noyabrın 6-da insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Yuri Solomin 18 iyun 1935-ci ildə Çitada anadan olub. 1961-ci ildən Şepkin adına Ali Teatr Məktəbində dərs deyib, aktyorluq kafedrasının professoru olub. 1988-ci ildən - "Maloqo Teatrı"nın bədii rəhbəri olub, 60-a yaxın film və serialda rol alıb.


Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti