Aİ Qərb ölkələrini Trampla qorxudur

   Aİ Qərb ölkələrini Trampla qorxudur
  11 Yanvar 2024    Oxunub:1310
Avropa İttifaqı 100 milyard avroluq ümumi müdafiə fondu yaratmalı olub, çünki Donald Tramp hakimiyyətə qayıdarsa, ABŞ-ın dəstəyindən məhrum qala bilər.
Bu barədə The European Conservative Aİ-nin daxili bazar komissarı Tyerri Bretonun məlumatına istinadən yazıb. Breton bildirib ki, Avropa özünü qorumasa, Rusiya onu zəbt edəcək. Siyasətçi bu məsələni də Kiyevə dəstək verməklə əlaqələndirib.

Siyasətçi yaza qədər Ukrayna Silahlı Qüvvələrini mərmilərlə təmin edə bilməsi üçün Avropa zavodlarının gücünü artırmaqda israrlıdır. Məqalə müəllifi xatırladıb ki, Almaniyanın müdafiə naziri Boris Pistorius lazımi miqdarda sursatın vaxtında çatdırılmasının mümkün olmadığını bəyan edib.

Bundan əvvəl Ağ Evin keçmiş hüquqşünası Tay Kobb bildirib ki, Donald Tramp ölkə tarixində demokratiya üçün ən böyük təhlükədir. O, amerikalıları Trampa “çox ciddi” yanaşmağa çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti