Son iki gündə 3-cü erməni hərbçinin meyiti tapıldı

   Son iki gündə  3-cü  erməni hərbçinin meyiti tapıldı
  11 Yanvar 2024    Oxunub:1077
Ermənistan ordusunun hərbçisi ölüb.
AzVision.az xəbər verir ki, bu barədə "Shamshiyan" saytı məlumat yayıb. Qeyd edilir ki, o, avtomobil qəzası nəticəsində yanıb.

Bu gün daha bir erməni zabit güllələnərək öldürülüb
"Hadisə bu gün, Qeqarkunik rayonunda baş verib. Saat 08:20 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Vardenis-Çəmbərək yolunun 40-cı kilometrliyində avtomobilin aşaraq tarlaya düşməsi barədə məlumat daxil olub.

Məlumata görə, meyitlərdən biri qəzaya uğramış “Volkswagen” markalı avtomobildən təxminən 15 metr aralıda, yanmış vəziyyətdə tapılıb. Hadisə yerində onun Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçisi, 34 yaşlı Narek G. olduğu müəyyən edilib", - sayt yazıb.

Qeyd edək ki, bu son iki gündə Ermənistan ordusu ilə bağlı üçüncü ölüm hadisəsidir. Bundan öncə iki hərbçinin güllələnmiş meyiti aşkarlanmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Hərbçi   Meyit  





Xəbər lenti