Tramp: "ABŞ-ni iğtişaşlar gözləyir"

   Tramp:    "ABŞ-ni iğtişaşlar gözləyir"
  11 Yanvar 2024    Oxunub:1084
Keçmiş ABŞ prezidenti Donald Tramp seçkilərdə ona qarşı qoyulan məhdudiyyətlərdən şikayətçidir.
AzVision.az xəbər verir ki, o bu barədə çərşənbə axşamı məhkəmədə dinləmələrdən sonra "The Washington Post" nəşrinə bildirib.

"Mənə qarşı irəli sürülən ittihamlar ləğv edilməsə və seçkilərdə iştirakıma maneələr davam etsə, ölkədə iğtişaşlar baş verəcək. Bütün keçmiş prezidentlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Beləliklə, dediyimiz kimi, "Pandoranın qutusu" açılacaq" , - Tramp Co Bayden administrasiyasını hədələyib.

Siyasi təqiblərin qurbanı olduğunu iddia edən sabiq prezident həmçinin qeyd edib ki, "noyabrda keçiriləcək seçkilərdə Co Bayden qalib gələrsə, onu məhkəməyə verəcək".

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti