Bu barədə
AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Araşdırmalarla əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü İlham Həşimovun yaşadığı evdə sərxoş vəziyyətdə münaqişə zəminində tüfəngdən açdığı atəşlə 1969-cu il təvəllüdlü qardaşının ayaq nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə İ.Həşimov saxlanılıb. Hadisə yerindən qanunsuz saxladığı “Bum” markalı tüfəng götürülüb. Araşdırma aparılır.
AzVision.az