Rusiyanın Voronej və Volqoqrad vilayətlərində PUA-lar vurulub

   Rusiyanın Voronej və Volqoqrad vilayətlərində PUA-lar vurulub
  10 Yanvar 2024    Oxunub:1049
Rusiyanın Volqoqrad vilayəti üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatı vurulub.
AzVision.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Boçarov bildirib.

Onun sözlərinə görə, PUA Volqoqrad vilayəti səmasında vurulub, insan tələfatı olmayıb və infrastruktura ziyan dəyməyib.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyi Voronej vilayəti üzərində Ukrayna PUA-nın vurulması barədə məlumat yayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti