İrəvan Bakının sülh təkliflərinə cavab verib

   İrəvan Bakının sülh təkliflərinə cavab verib
  10 Yanvar 2024    Oxunub:1061
Ermənistan Azərbaycanın sülh təkliflərinə cavab verib Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh müqaviləsi ilə bağlı açıqlama verib.
O, yunanıstanlı həmkarı Giorgos Gerapetritislə keçirdiyi mətbuat konfransında Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərindən danışıb.

Stratfor: “İrəvan Bakının tələblərini qəbul edəcək”
Nazir qeyd edib ki, təkliflərdə müəyyən irəliləyiş var. Mirzoyan həmçinin, bəzi təkliflər üzrə geriləmə olduğunu da etiraf edib: “Bəli, deyərdim ki, biz Azərbaycanın təkliflərində mətnin müəyyən bəndləri üzrə məzmun baxımından geriləmə, eyni zamanda, bir sıra digər sahələrdə müəyyən irəliləyiş görürük”.

Onun sözlərinə görə, Ermənistan bəzi detallar üzərində işləyib və öz konstruktiv təkliflərini göndərib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Sülh   Ermənistan   Azərbaycan  





Xəbər lenti