Muradyan: "Ölkədə xərçəng xəstəlikləri 75 faiz artıb"

   Muradyan:    "Ölkədə xərçəng xəstəlikləri 75 faiz artıb"
  10 Yanvar 2024    Oxunub:1230
İrəvan Dövlət Universitetinin rektoru Armen Muradyan əhalinin təhlükəli xəstəliklərdən əziyyət çəkməsi ilə bağlı diqqət çəkən fikirlər səsləndirib.
O, özünün Facebook səhifəsində yazıb ki, “son 20 ildə Ermənistanda xərçəng xəstəliklərini sayı 75% artıb".

"Xərçəng xəstəliyi və ölümlərinə görə liderik"- Ermənistan mediası
Uşaqlıq boynunda yaranan bədxassəli şiş dünyada qadınlar arasında rast gəlinən dördüncü xərçəng növüdür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2020-ci ildə 604 min yeni fakt qeydə alınıb. Uşaqlıq boynu xərçəngi ilə bağlı 342 000 ölüm halının təxminən 90%-i aşağı və orta gəlirli ölkələrdə baş verib.

Ölkəmizdə isə qadınlarda uşaqlıq boynu xərçəngi döş xərçəngindən sonra ikinci yeri tutur. 2017-ci ildə respublikada uşaqlıq boynu xərçəngi ilə bağlı 262 hal qeydə alınıb (bu göstərici hər 100 000 nəfərə 16,6 təşkil edib), onlardan 146-sı (56%) 3-cü və 4-cü mərhələdədir. Son 20 il ərzində Ermənistanda xərçəngin müxtəlif növləri 75% artıb".

O xatırladıb ki, 2017-ci ildə ölkədə 8389 xərçəng xəstəsi aşkarlanıbmış. Xəstələrin ümumi sayının 52 faizi qadınlar, 48 faizi isə kişilər olub.

Qeyd edək ki, Ermənistanda son illərdə xərçənglə bağlı mənfi tendensiya yaşanır. Tanınmış erməni ictimai fəal Armen Hayrapetyan hətta Afrika ölkələrinin belə Ermənistandan aşağı pillədə olduğunu açıqlamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Xərçəng   Rektor  





Xəbər lenti