Aİ liderləri Şarl Mişelin istefasına razılıq veriblər - "Politico"

  Aİ liderləri Şarl Mişelin istefasına razılıq veriblər -  "Politico"
  09 Yanvar 2024    Oxunub:1225
Avropa Şurasının rəhbəri Şarl Mişelin yayda, vaxtından əvvəl vəzifəsini tərk etmək niyyətində olması bu vacib kürsü ilə bağlı sualları gündəmə gətirib.
Bu fikirlər Amerikanın məşhur “Politico” qəzetində dərc olunan məqalədəndir.

Şarl Mişel iyulda vəzifəsini tərk edə bilər
Nəşr yazır ki, Mişelin qərarı nəinki Avropa İttifaqı Şurasının rəhbərinin öz rolunu vacib hesab etmədiyini, həm də onun Macarıstanla Aİ ölkələri arasında qarşıdurmaya dair problemlərin həllini öz varisinə ötürmək istəyindən xəbər verə bilər.

Bununla belə, Şarl Mişelə yaxın rəsmilərdən birinin "Politico"ya verdiyi məlumata görə, Aİ liderləri onun gələcək istefası ilə bağlı açıqlamasından təəccüblənməyiblər. Liderlər hətta məşhur siyasətçinin bu qərarı ilə razılaşıblar.

Xatırladaq ki, bir neçə gündür Avropa Şurasının hazırkı rəhbəri Şarl Mişelin 2024-cü ilin yayında erkən vəzifədən gedəcəyi barədə məlumatlar yayılıb. Yanvarın 7-də isə Mişelin köməkçisi "Politico"ya verdiyi açıqlamada Avropa Şurasının belə bir niyyətinin olmasının təsdiqləyib. Siyasətçi deputat kimi fəaliyyət göstərmək niyyətindədir və o bunun üçün indiki postunu tərk etməli olacaq.

Aİ liderləri Avropa Şurasının yeni rəhbərinin namizədliyi ilə bağlı təcili razılığa gələ bilməsələr, bu zaman lider Viktor Orban olacaq. Çünki həmin dövrdə Avropa İttifaqı Şurasına Macarıstan sədrlik edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İstefa   Avropa-Şurası  





Xəbər lenti