Putin amerikalı boksçuya vətəndaşlıq verdi

Putin amerikalı boksçuya vətəndaşlıq verdi
  09 Yanvar 2024    Oxunub:903
Rusiya Prezidenti Vladimir Putin amerikalı boksçu Kevin Consona və Sankt-Peterburqun “SKA” klubunda çıxış edən kanadalı hokkeyçi Brandon Laypsikə Rusiya vətəndaşlığı verib.
Yerli medianın yaydığı məlumata görə, Rusiya vətəndaşlığının verilməsi ilə bağlı prezidentin fərmanına 44 nəfər daxildir.

Rəsmi saytda dərc olunan sənəddə Kalageorgi Andrey Leonun da Rusiya vətəndaşlığı aldığı bildirilir.

Krım Respublikası Baş nazirinin müavini Georgi Muradovun sözlərinə görə, Kalageorgi II Yekaterinanın nəslindəndir.

Həmçinin, 1999-cu ildə Yuqoslaviyadan ölkəyə gələn Ratko Samatsa da Rusiya vətəndaşlığı alıb. Bosniya və Herseqovina 1993-cü ildə törədildiyi iddia edilən müharibə cinayətləri ilə bağlı Ratko Samatsın ekstradisiyasında israr edirdi. 2016-cı ildə isə Rusiya Baş Prokurorluğu həmin şəxsin ekstradisiya olunmasına imtina edib.
Xatırladaq ki, boksçu Kevin Conson 2023-cü ilin sentyabrında vətəndaşlıq üçün müraciət edib. İdmançının nümayəndəsi bildirib ki, boksçu Rusiya prezidentinin şərəfinə Vladimiroviç ata adını götürüb.

AzVision.az



Teqlər: Putin  





Xəbər lenti