Baş Prokurorluq: "Özəl klinikada 53 yaşlı qadının ölümü araşdırılır"

Baş Prokurorluq:    "Özəl klinikada 53 yaşlı qadının ölümü araşdırılır"
  09 Yanvar 2024    Oxunub:922
Bakıda özəl klinikada 53 yaşlı qadının ölümü araşdırılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, 2023-cü il dekabrın 21-də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Mediacare" klinikasında ölməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.
AzVision.az



Teqlər:





Xəbər lenti