Qabriel Attal Fransanın Baş naziri təyin edildi

   Qabriel Attal Fransanın Baş naziri təyin edildi
  09 Yanvar 2024    Oxunub:1353
Fransanın yeni Baş naziri müəyyənləşib.
AzVision.az "The Guardian"a istinadən xəbər verir ki, Prezident Emmanuel Makron 34 yaşlı milli təhsil və gənclər naziri Qabriel Attal Baş nazir vəzifəsinə təyin edilib.

Dəyişiklik Makronun bu ilin sonunda keçiriləcək Avropa Parlamenti seçkiləri ərəfəsində ikinci mandatına yeni təkan verməyə çalışdığı bir vaxta təsadüf edir.

Qeyd edək ki, Fransanın tarixdə ən gənc Baş naziri olan Qabriel Attalın adı gün ərzində bu posta namizəd kimi qiymətləndirilmişdi . O, dünən istefa verən Elizabet Bornu əvəz edəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti