2024 tarixin ən isti ili olacaq

2024  tarixin ən isti ili  olacaq
  09 Yanvar 2024    Oxunub:2474
2024-cü ildə ötən illə müqayisədə daha yüksək temperatur gözlənilir.
AzVision.az xarici mediaya istinadən xəbər verir.

Mütəxəsislər qeyd edirlər ki, Yer kürəsində istilik səviyyəsinin yüksəlməsində insan fəaliyyəti başlıca amildir. Məsələn, yanacaq istehlakı atmosferdə istixana qazlarının həcmini artırır ki, yaranan yüksək temperatur normal iqlimə mənfi təsir göstərir . Planetin müxtəlif yerlərində baş verən quraqlıqlar, daşqınlar, meşə yanğınları və tufanlar məhz iqlim dəyişikliyinin nəticələridir.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının baş mütəxəssisi Maykl Makfadenin sözlərinə görə, Sakit okeanın ekvatorial hissəsində suyun qeyri-sabit hərarəti - "El-Ninyo" adlı təbiət hadisəsi qlobal istiliyi öz təsiri altında saxlamağa davam edir ki, bu, 2024-cü ildə orta temperaturun 1,3-1,6 dərəcə artmasına gətirib çıxaracaq .

Araşdırmalara əsasən, bu, ya digər amillər 2024-cü ilin ötən ildən də isti keçəcəyini xəbər verir. Belə ki, 2023-cü ilin iyun, iyul, avqust, oktyabr və noyabr aylarında orta temperatur 1,4 dərəcə yüksəlmişdisə, 2024-cü ildə bu göstəricinin daha da artacağı proqnozlaşdırılır.

Qeyd edilir ki, anomal temperatur 2023-cü ildə quraqlığa, o cümlədən Panama kanalında suyun səviyyəsinin azalmasına səbəb olub. Temperatur dəyişikliyi qlobal logistika bazarına, habelə İranda əhəmiyyətli zəfəran istehsalına ciddi ziyan vurub.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti