Braziliyada avtobus qəzasında 25 nəfər öldü

Braziliyada avtobus qəzasında 25 nəfər öldü
  08 Yanvar 2024    Oxunub:806
Braziliyanın Bahia ştatında turist avtobusunun yük maşını ilə toqquşması azı 25 nəfər həlak olub.

Bu barədə G1 portalı məlumat yayıb. Məlumata görə, həlak olanlardan 3-ü yük maşınının, 22-i isə avtobusun sərnişinləridir. Ölənlər arasında uşaqlar və hamilə qadınlar da var.

Daha 5 nəfərin yaralandığı deyilir. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Portalın məlumatına görə, avtobus sərnişinləri okeana səyahətdən qayıdırmışlar. Şəhərdə üç günlük matəm elan edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti