“Nikosayağı” qəza törədərkən sərxoş olub - 8 ilədək həbs gözləyir

     “Nikosayağı” qəza törədərkən sərxoş olub     - 8 ilədək həbs gözləyir
  08 Yanvar 2024    Oxunub:1307
“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

AzVision.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

N.Şakirliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Əldə etdiyimiz məlumata görə, bloqer qəza törədən vaxt sərxoş vəziyyətdə olduğu üçün ona qarşı həmin maddə irəli sürülüb. Bu maddənin sanksiyasında 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Cinayət işini hakim Samir Əliyev araşdıracaq.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N. Şakirlinin darə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti