Trolleybusda cəbhəyə çağırış vərəqələri payladılar - VİDEO

Trolleybusda cəbhəyə çağırış vərəqələri payladılar    - VİDEO
  08 Yanvar 2024    Oxunub:1142
Sosial şəbəkələrdə Odessa hərbi komissarlığının əməkdaşlarının trolleybusu saxlayaraq sərnişinlərin sənədlərini yoxlamasını əks etdirən görüntülər yayılıb.
Ukraynanın “Strana” nəşri yazır ki, bu hadisə narazılıqla qarşılanıb.

“Odessanın Moldavanka ərazisindəki hərbi komissarlar trolleybusu saxlayırlar. Onların açıq qapılardan necə girmələri aşkar görünür”, - məqalədə yazılıb.

Moldavanka şəhərin qərbində əhalinin sıx məskunlaşdığı mikrorayonun adıdır. Yerli sakinlərin sözlərinə görə, məlum işçilər sənədləri yoxlamaq və çağırış vərəqələrini təqdim etmək üçün tez-tez ictimai nəqliyyatda peyda olurlar.


Tural Tağıyev
AzVision.az



Teqlər: Odessa  





Xəbər lenti