Fransada bu qanuna qarşı 44 mindən çox imza toplanıb

   Fransada bu qanuna qarşı 44 mindən çox imza toplanıb
  08 Yanvar 2024    Oxunub:1049
Fransada respublikaçı senatorların antisionizmin cinayət sayılmasını nəzərdə tutan qanun layihəsinə qarşı 44 mindən çox imza toplanıb.
AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, Fransada antisionizmi cinayət sayan qanun layihəsi əleyhinə imza kampaniyasına ötən ilin noyabrından bəri 44 min 405 nəfər qatılıb.

İştirakçıların imzaladığı müraciətdə qanun layihəsinin “İsrailin törətdiyi cinayətlərin beynəlxalq hüquq baxımından qiymətləndirilməsinə” mane olacağına diqqət çəkilir.

Müraciətdə deyilir ki, “Qanun layihəsi əsas azadlıqlar baxımından ciddi risk daşıyır".

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və beynəlxalq yardım təşkilatları İsrailin Qəzzada hərbi cinayətlər törətdiyini bəyan edir.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti