Qran-Pridə iştirak edəcək Azərbaycan atıcıları açıqlanıb

Qran-Pridə iştirak edəcək Azərbaycan atıcıları açıqlanıb
  08 Yanvar 2024    Oxunub:1328
Yanvarın 9-da Sloveniyanın Ruşe şəhərində atıcılıq üzrə Qran-Pri turniri start götürəcək.
Azərbaycan Atıcılıq Federasiyasından (ATF) AzVision.az -a verilən məlumata görə, dünyanın tanınmış idmançılarının mübarizə aparacağı yarışda Azərbaycanı iki atıcı təmsil edəcək.

Yanvarın 14-dək davam edəcək turnirdə Nigar Nəsirova və Ruslan Lunyov qüvvəsini sınayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti