Xırdalan şəhərinə metro xətti çəkiləcək

 Xırdalan şəhərinə metro xətti çəkiləcək
  08 Yanvar 2024    Oxunub:1440
2040-cı ilədək Xırdalan şəhərinə metro xətti çəkiləcək.
AzVision.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 km-dən 73,4 km-ə, stansiyaların sayının isə 25-dən 46-ya çatdırılması nəzərdə tutulur ("28 May"stansiyasının yenidən qurulması daxil olmaqla).

“28 May”-”Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin
bir-birindən ayrılması planlaşdırılır. 2027-ci ilədək bənövşəyi xətt üzrə “Xocəsən-Avtovağzal“ hissəsinin, “B-03“ və “B-04“ stansiyalarının və yaşıl (dairəvi) xətt üzrə “Dərnəgül“ elektrik deposunun, “Y-03“, “Y-02“ “Y-14“ və “Y-15“ stansiyalarının tikintisi nəzərdə tutulur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti